Header Ads

header ad

Aydın Sani & Aqşin Fateh - SON ZƏNG indir

Aydın Sani & Aqşin Fateh - SON ZƏNG indir
Aydın Sani & Aqşin Fateh - SON ZƏNG Sözleri
Aydin Sani Aqsin Fateh Son zeng

Bu gün elə bil ki, başqa haldayam
Bu gün mənə dəyməyin, üzülmüşəm
Bu on bir il, necə gəldi getdisə
Elə bil, dünən məktəbə gəlmişəm

Düşür yada, o şirin bəhanələr
Muəllimə, gündəliyim evdə qalıb
Dərsə girməmək, sonra daha nələr
Adam utanır indi yadına salır

Elə bir imkan olaydı əldə ki
Qaytaraydım geri məktəb illərin
Tutub əlimi, mənə yazmaq öyrədən
O Müəllimin öpəydim əllərin

İlk dərsə gedən günü ağlamışam
Anam gedib, gözüm ardınca baxıb
Gülürəm indi mən öz saflığıma
Elə bilmişəm məni tək buraxıb

      O son zəng çaldı
      Bizi bizdən ayırıb aldı
      Beləcə xatirələr qaldı
      Boş sinif otaqlarında

          Uşaqlıq bitdi
      O gözəl günlərimiz getdi
      Son dəfə səs küyümüz itdi
      Koridor bucaqlarında

Nə sevincdir, nə də qəm, anlamıram
Başqa bir hal verir, bu görüntülər
İstəyirdiksə bitə məktəb ili
İndi nə üçündü bəs, bu üzüntülər..?

Qorxuram ki, birdə biz görüşməyək
Məktəb yolu, ola həsrət küçəsi
Anladım, böyüklər niyə ağlayır
Bu imiş, uşaqlığın son gecəsi

 Dərs adıynan ona zəng eyləmişəm
Həyəcandan o qədər tərləmişəm
Mən onun eşqi ilə, Mendeleyev
Cədvəlin bircə bir əzbərləmişəm

 Parta yoldaşımdır, yoxdur xəbəri
On bir il verdim ürək, almaq üçün
Neçə gün, bulku pulun toplamışam
Ona bir dəstə çiçək almaq üçün

         Uşaqlıq bitdi
        O gözəl günlərimiz getdi
        Son dəfə səs küyümüz itdi
        Koridor bucaqlarında
      
          O son zəng çaldı
      Bizi bizdən ayırıb aldı
      Beləcə xatirələr qaldı
      Boş sinif otaqlarında
Aydın Sani & Aqşin Fateh - SON ZƏNG Mp3 indir

Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.